logo

Sumqayıtda "Niva" yolu keçən piyadanı vurub öldürdü

14:08 26-11-2019 | icon 4921
Sumqayıtda "Niva" yolu keçən piyadanı vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  hadisə “St. Sumqayıt” yaşayış massivi ərazisində qeydə alınıb. Corat qəsəbə sakini S. Məmmədov idarə etdiyi "Niva” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.