logo

Tramp "F-35"ləri Türkiyəyə yox, Bolqarıstana satır

13:47 26-11-2019 | icon 2590
Tramp "F-35"ləri Türkiyəyə yox, Bolqarıstana satır

ABŞ Türkiyəyə satmaq istəmədiyi "F-35" qırıcı təyyarələri Bolqarıstana satacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Ağ Evdə Bolqarıstanın baş naziri Boyko Borisovla görüşü zamanı ABŞ prezidenti Donald Tramp məlumat verib. 

“Bolqarıstan bizdən "F-35"lərlə yanaşı diğər hərbi texnika da sifariş edib",-deyə Tramp bildirib.

Bolqarıstanın baş naziri ABŞ prezidentinin onu qəbul etdiyinə görə təşəkkür edib və yaxın vaxtlarda iki ölkə arasındakı viza rejiminin də sadələşdiriləcəyinə ümid etdiyini vurğulayıb.