logo

Ötən ay Azərbaycana  4549 avtomobil idxal olunub

13:29 26-11-2019 | icon 2527
Ötən ay Azərbaycana  4549 avtomobil idxal olunub

Oktyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4549 olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 70-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4109-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 337-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 33-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.