logo

İranın kənd təsərrüfatı naziri istefa verib

12:31 26-11-2019 | icon 2359
İranın kənd təsərrüfatı naziri istefa verib

İranın kənd təsərrüfatı naziri Mahmud Hüccəti istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə məlumat yayıb.

Yerli mətbuat bu istefanın maraqlı tərəfinə toxunaraq yazır ki, noyabrın 26-da nazir parlament qarşısında hesabat verməli idi. Parlamentin 38 deputatı məsələ qaldıraraq ölkənin kənd təsərrüfatındakı ağır vəziyyətin səbəblərini izah etmək üçün naziri parlamentə dəvət etmişdi. Lakin nazir parlamentə deyil, Prezident Administrasiyasına gedib və istefa ərizəsini Prezident Həsən Ruhaniyə təqdim edib. Prezident də istefanı qəbul edib.

Mətbuat yazır ki, bununla da nazir deputatların ağır suallarına cavab vermək məcburiyyətindən azad olub.