logo

Gürcüstanda müxalifətçilər parlamentin binasını əhatəyə alıblar

21:36 25-11-2019 | icon 252
Gürcüstanda müxalifətçilər parlamentin binasını əhatəyə alıblar

Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  aksiya iştirakçıları Gürcüstan parlamentinin binasını əhatəyə alıblar. Aksiya iştirakçılarının bir qismi gecəni parlamentin binası qarşısında keçirəcək. Onlar üçün çadırlar qurulub.

Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Sabiq dövlət başçısı deyib ki, hakim Gürcü Arzusu Partiyası xalqı aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.

Polis parlament binasının bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasını blokadaya alacağı gözlənilir.