logo

Bu il Azərbaycanda 1880 minik avtomobili istehsal edilib

17:55 25-11-2019 | icon 2632
Bu il Azərbaycanda 1880 minik avtomobili istehsal edilib

Yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, 10 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 10,8 faiz azalıb.

Həmçinin hesabat dövründə 899 traktor istehsal edilib.