logo

İlham Əliyev Valeh Ələsgərovu yeni vəzifəyə təyin etdi

16:59 25-11-2019 | icon 2303
İlham Əliyev Valeh Ələsgərovu yeni vəzifəyə təyin etdi

Prezident İlham Əliyev noyabrın 25-də Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki,  Valeh Ələsgərov 2005-ci ildən etibarən 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. Milli Məclisin sədr müavini  və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.

Qeyd edək ki, prezidentin bu gün imzaladığı digər bir fərmanla  “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.