logo

Gürcüstan müxalifəti bu axşam növbəti mitinqini keçirəcək

16:29 25-11-2019 | icon 2520
Gürcüstan müxalifəti bu axşam növbəti mitinqini keçirəcək

Gürcüstan müxalifətinin noyabrın 25-nə təyin etdiyi etiraz aksiyası ilə əlaqədar parlamentin binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səhər saatlarından başlayaraq parlamentin həyətinə əlavə polis qüvvələri, avtobus, təcilli tibbi yardım maşınları gətirilib.

Müxalifət partiyaları və ictimai təşkilatlar noyabrın 25-də saat 19:00-a kütləvi aksiya təyin ediblər. Aksiyanın təşkilatçıları parlament binasını blokadaya almağı planlaşdırıblar. Müxalif “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Qiqa Bokeria deyib ki, mitinqləri kəskin, lakin dinc olacaq. Onun sözlərinə görə, müxalifət nümayəndələri bu gün Qızıl Gül meydanından Rustaveli prospektinə qədər yürüş edəcəklər.