logo

Klaus Yohannis yenidən Rumıniya prezidenti seçilib

16:07 25-11-2019 | icon 252
Klaus Yohannis yenidən Rumıniya prezidenti seçilib

Rumıniya Milli-Liberal Partiyasının namizədi Klaus Yohannis yenidən beş illik müddətə Rumıniyanın prezidenti seçilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə seçki məntəqələrinin 99,67 faizində hesablamaları başa çatdıran Mərkəzi Seçki Bürosunun seçkilərin ikinci turunun ilkin nəticələri barədə yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Yohannis seçicilərin 65,88 faizinin, onun rəqibi - Sosial-Demokrat Partiyasının lideri və namizədi Viorika Dançile isə 34,13 faizinin səsini alıb. Səsvermə hüququ olan vətəndaşların 54,46 faizi seçkilərdə iştirak edib. Klaus Yohannis Rumıniyanın 36 qəzasında, Viorika Dançile isə yalnız beş qəzada qələbə qazanıb.

Qeyd edək ki, Mərkəzi Seçki Bürosunun məlumatına əsasən, seçkilərin yekun nəticələri sonradan elan olunacaq.