logo

Kiyevdə GUAM PA-nın plenar sessiyası keçiriləcək

14:07 25-11-2019 | icon 2352
Kiyevdə GUAM PA-nın plenar sessiyası keçiriləcək

Noyabrın 26-27-də Kiyevdə GUAM Parlament Assambleyasının(PA) plenar sessiyası keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurası məlumat yayıb.

Bildirilib ki, Ukrayna Ali Radasında keçiriləcək sessiyada Azərbaycanı Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli və deputat Əli Məsimli təmsil edəcəklər.

İclasda GUAM formatında qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlığa dair kompleks tədbirlər, əlaqələrin inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə münasibətlər və digər məsələlər müzakirə olunacaq.

İclasda , həmçinin, GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.