logo

Özbəkistanda qoşun komandanı həbs olunub

13:50 25-11-2019 | icon 2366
Özbəkistanda qoşun komandanı həbs olunub

Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.

 YeniAvropa  Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.

Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.

Bundan əlavə, daxili işlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.