logo

Türkiyə prezidenti Qətərə rəsmi səfərə gedib

13:30 25-11-2019 | icon 2450
Türkiyə prezidenti Qətərə rəsmi səfərə gedib

Noyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə yollanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfərdə məqsəd Türkiyə-Qətər Ali Strateji Komitəsinin 5-ci toplantısında iştirak etməkdir.

Məlumatda qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğaı Qətər səfərində gənclik və idman naziri Mehmed Məhərrəm Qəssaboğlu, xəzinə və maliyyə naziri Bərat Albayraq, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, ticarət naziri Ruhsar Pekcan, rabitə naziri Fəxrəddin Altun və MİT sədri Hakan Fidan müşayiət edirlər.