logo

Xızıda 1 ton arpanı avtomobillə birgə oğurladı

11:11 25-11-2019 | icon 2233
Xızıda 1 ton arpanı avtomobillə birgə oğurladı

Xızıda oğurluq edən rayon sakini saxlanılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki,noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.