logo

Paytaxtın bir hissəsində bu gün su olmayacaq

10:08 25-11-2019 | icon 252
Paytaxtın bir hissəsində bu gün su olmayacaq

Səbail rayonunun bəzi qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

YeniAvropa xəbər verir  ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 millimetr diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.