logo

Paytaxtda ağır avtoqəza:1 nəfər öldü, 3 nəfər yaralandı

23:46 24-11-2019 | icon 301
Paytaxtda ağır avtoqəza:1 nəfər öldü, 3 nəfər yaralandı

Paytaxtın  Səbail rayonunda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, avtoqəza Bayıl şosesində qeydə alınıb.

Musayev Anar İlham oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını "Azneft" dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolda Namiq Soltanovun idarə etdiyi “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü A.Musayev dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.