logo

Bakının girişində yol sürüşdü - hərəkət məhdudlaşdırıldı

22:35 24-11-2019 | icon 2254
Bakının girişində yol sürüşdü - hərəkət məhdudlaşdırıldı

Paytaxta əsas magistrallardan birində sürüşmə baş verib.

YeniAvropa  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: "Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik".