logo

Sabiq səhiyyə naziri Əli İnsanov HƏP adlı yeni partiya yaratdı

20:32 24-11-2019 | icon 3220
Sabiq səhiyyə naziri Əli İnsanov HƏP adlı yeni partiya yaratdı

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra yaratmağı planlaşdırdığı siyasi partiya ilə bağlı ilk addım atıb.

YeniAvropa xəbər verir  ki, o, bu barədə "Facebook"da məlumat  paylaşıb.

Ə.İnsanov yazıb ki, bu gün, 24 noyabr 2019-cu ildə,siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının(HƏP) təşkilat komitəsi barədə müzakirə aparıblar.

O, daha sonra HƏP-lə bağlı detalları da paylaşıb: 

"Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir:

1) Əli İnsanov-sədr:
2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor; 
3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru; 
4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş prokurorunun sabiq köməkçisi;
5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan rayon icra başçısının sabiq müavini;
6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;
7) İlqar Quliyev-ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;
8) Babək Adıgözəlov- hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;
9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü; 
10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri;
11) Zaur Bayramoglu- qazi.
12) Murad Muradov- ictimai fəal.
13) Rəşad Abbaslı- mühəndis, Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə- hüquqşünas, keçmiş polis zabiti;
15) Murad Quliyev- iqtisadçı hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı".

Ə.İnsanov "Facebook" statusunda daha sonra qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.