logo

Gəncədə zəncirvari qəza: 4 maşın toqquşdu

19:40 24-11-2019 | icon 378
Gəncədə zəncirvari qəza: 4 maşın toqquşdu

Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Zəncirvari avtomobil qəzasında "Mercedec", "VAZ-2107", "VAZ-2106" və "VAZ-2109" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.