logo

Moskvadan Anapaya uçan təyyarənin pilotu vəfat edib

16:44 24-11-2019 | icon 2534
Moskvadan Anapaya uçan təyyarənin pilotu vəfat edib

Moskva-Anapa marşrutu ilə uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə ikinci pilotun vəziyyətinin pisləşməsi üzündən Rostovda qəza enişi edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  həkimlərin səyinə baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini deyirlər.