logo

Türkiyədə Müəllimlər Günü qeyd olunur

13:53 24-11-2019 | icon 2653
Türkiyədə Müəllimlər Günü qeyd olunur

Türkiyəda 24 noyabr - Müəllimlər Günü qeyd olunur. Bu münasibətlə küçə və meydanlar bayramsayağı bəzədilib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Müəllimlər Günü münasibətlə ölkənin hər yerində bayram tədbirləri təşkil olunub. Milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi müəllimlərdən ibarət heyət Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbir muzey kompleksini ziyarət ediblər. Ziyarətə ölkənin 81 vilayətindən gələn müəllimlər qatılıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin digər ali vəzifəli şəxsləri bayram münasibətilə müəllimləri təbrik ediblər.