logo

Kəmaləddin Heydərovun biznesinə imperiyası çökməkdə davam edir

12:30 24-11-2019 | icon 273
Kəmaləddin Heydərovun biznesinə imperiyası çökməkdə davam edir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha 85 milyon dollarlıq iki layihəsi batıb.

YeniAvropa xəbər verir  ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, nazirin Bosniyanın ardından Tatarıstanda da  iki böyük layihəsi dayandırılıbb: 

“Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də, ona bağlı “Benkons Group”un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi və maliyyə sıxıntıları ilə üzləşməsini diqqətinizə çatdırmışdım. "Gilan Holdinq" və "Benkons Group" bu məlumatlara hələ reaksiya verməyib.

Və Heydərovla bağlı daha bir məlumat.

Nazirə məxsus “Benkons Group” Tatarıstandakı iki böyük layihəsini dayandırıb. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib. İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu.

Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın “UD Group”una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb”.