logo

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

19:59 23-11-2019 | icon 2317
ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ-ın vitse-prezidenti Mayk Pens noyabrın 23-də gözlənilmədən İraqa səfər edib.

YeniAvropa  "France-Presse" agentliyinə istinadla xəbər verir ki, Mayk Pens burada Bağdaddan qərbdə yerləşən Ayn-əl-Əsəd hərbi hava qüvvələri bazasındakı ABŞ qoşunlarını ziyarət edəcək. Onun, həmçinin İraq hökumətinin rəhbəri ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dekabrın 26-da prezident Donald Tramp İraqa elan olunmamış səfər edərək ABŞ hərbçiləri ilə görmüşdü. O, çıxışı zamanı qoşunları İraqdan çıxarmaq niyyətində olmadığını bildirmişdi.