Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasının vaxtı bəlli oldu
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın növbəti iclası dekabrın 9-da Bakıda keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev KİV-ə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, birgə komissiyanın iclası çərçivəsində Pirallahı Sənaye Parkında “P-Farm” əczaçılıq müəssisəsinin açılışı keçiriləcək.
"Bütövlükdə 80 milyon dollar sərmayə yatırılacaq müəssisənin birinci mərhələsi artıq hazırdır. Ümidvaram tezliklə ikinci mərhələsinin də təməli qoyulacaq”, – deyən baş nazirin müavini yaxın vaxtlarda həmçinin Rusiya istehsalı “Mi” tipli helikopterləri üçün servis mərkəzinin də təməlinin atılacağını qeyd edib: “Bu mərkəz regional əhəmiyyətə malik olacaq”.
Komissiyanın iclası çərçivəsində həmçinin tikintisi başa çatmaq üzrə olan “QAZel” avtomobillərinin yığılma müəssisəsinə də baş çəkiləcəyi dəqqətə çatdırılıb.
“Azərbaycanda “KAMAZ” və “Ural” tipli yük avtomobillərinin müvəffəqiyyətlə yığıldığını xatırlatmaq istərdim. Regionlararası forum zamanı əməkdaşlıq sənədi, habelə Azərbaycanda “Rosselmaş” kombaynlarının “Azərmaş” şirkəti tərəfindən yığılmasına dair sənəd imzalanıb. Yəqin ki yaxın gələcəkdə Azərbaycanda Rusiya kombaynlarının istehsal olunduğunu görəcəyik”, – deyən Ş.Mustafayev ölkədə həmçinin Rusiyanın “Penopleks” şirkətinin izolyasiya materialları müəssisəsinin də təməlinin atılacağını qeyd edib.
“Eyni zamanda bu gün xüsusilə Şimali Qafqazda sərmayələrin sürətli artdığını görürük. Artıq bir neçə sanatoriya və mehmanxanalar Yesentukidə tikilib, Kislovodskidə və Jeleznovodskidə isə tikilir. Krasnodar diyarında çay fabriki tikilir. Mühüm infrastruktur layihəsi olan inşaat qatışıqları müəssisəsinin tikintisi nəzərdə tutulur. Beləliklə, Azərbaycanla Rusiya birgə layihələr baxımdan əlaqələr uğurla, qarşılıqlı faydalı şəkildə inkişaf edir”, – deyən hökumət rəsmisi polipropilen və aşağı təzyiqli polietilen istehsal olunduğu “SOCAR Polymer” müəssisəsinin tikintisinə böyük sərmayələr yatıran “Gazprombank”ın həmçinin “Azerkimya” İB-in modernləşdirilməsində də iştirak etdiyini xatırladıb.
Bütövlükdə Azərbaycan iqtisadiyyatında RF sərmayələrinin 5 milyard dollara çatdığı qeyd edən Ş.Mustafayev Azərbaycanın qonşu ölkədəki sərmayələrinin də ildən-ilə artaraq 1,2 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək