logo

Azərbaycan jurnalistləri 27 il sonra Şuşada olublar

18:59 23-11-2019 | icon 2205
Azərbaycan jurnalistləri 27 il sonra Şuşada olublar

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu il noyabrın 17-21-də iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil edilib. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

YeniAvropa xəbər verir  ki, bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, erməni jurnalistlər azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Erməni jurnalistlər Azərbaycanda olarkən müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.