logo

Cari ildə ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

13:15 23-11-2019 | icon 2632
Cari ildə ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 35 min 457 olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 441-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 31 min 934-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2934-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 148-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.