logo

Altıağacda qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb

12:59 23-11-2019 | icon 2254
Altıağacda qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 23-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriib.Qeyd edilib ki, düşən yağıntının miqdarı Lənkəranda 55 (aylıq normanın 32 faizi), Astarada 31, Neftçalada 19 (aylıq normanın 42 faizi), Nabranda 18, Lerikdə 15, Qusar, Beyləqanda 13, Oğuzda 12, Şabran, Göyçayda 11, Yardımlı, Kişçayda 10, Quba, Qəbələ, İmişlidə 9, Altıağac, Xaçmaz, İsmayıllı, Tərtərdə 8, Ağsu, Zərdabda 7, Sarıbaş, Şəki, Biləsuvar, Yevlax, Kürdəmir, Sabirabadda 6, Mingəçevir, Bərdədə 5, Şamaxı, Mərəzə, Qrız, Zaqatala, Göygöldə 4, Cəfərxan, Salyan, Daşkəsəndə 3, Xınalıq, Qazıməmməd, Gəncə, Ceyrançöl, Ağstafada 2, Sumqayıtda 15 (aylıq normanın 54 faizi), Bakıda 6 (aylıq normanın 21 faizi), Binə, Maştağada 5, Zabratda 2 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 22, Lerik, Sarıbaşda 20, Kişçayda 18, Qrız, Qusarda 16, Xınalıqda 9, Qubada 7, Mərəzədə 5, Xaltanda 4, Qəbələdə 3, Oğuzda 2, Zaqatala, Daşkəsəndə 1 santimetrə çatıb.

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 4° aşağıdır.

Havanın minimal temperaturu ölkənin dağlıq rayonlarında 3-8°, yüksək dağlıq ərazilərdə 14-18° şaxta olub.