MİDA Yasamalda növbəti güzəştli mənzilləri satışa çıxarır
Paytaxtın Yasamal rayonunun Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksi üzrə ümumilikdə 248 mənzilin satışı dekabrın 25-i saat 11:00-da başlayacaq və dekabrın 30-u saat 11:00-dək davam edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Məlumata əsasən, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 27-də saat 11:00-da başlayacaq və dekabrın 30-da saat 11:00-dək davam edəcək. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 16 noyabr Fərmanına əsasən, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2017-ci il 17 mart tarixli rəyi mövcuddur.
Həmçinin mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 29 min 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 min 614 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 min 626 manatdan başlayır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Yasamal Yaşayış Kompleksinin “www.yasamal.mida.az” internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla “www.mida.gov.az” və “www.mida.az” internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” Çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
“Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya “www.mida.gov.az” və “www.mida.az” internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.
Ermənilər atəşkəs rejimini 20 dəfə pozublar
FHN “EuroHome”da baş verən yanğınla bağlı məlumat yayıb
Parisdə Putin-Zelenski görüşü başlayıb
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb
REAL-çı İlqar Məmmədov 42 tərəfdaşı ilə seçkilərə qatılır
İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
Əlcəzairin yeni səfiri Bakıya gəlib
Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Pakistan səfirni qəbul edib
III Dünya Gənclər Forumunda Azərbaycanı 32 gənc təmsil edəcək
Pirallahıda dərman istehsalı müəssisəsi açılıb
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçirilib
Hacıqabulda daha bir Rusiya şirkətinin zavodunun təməli qoyulub
Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməyəcək
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü
Gələn il Hacıqabulda “QAZel” avtomobillərin yığım zavodu açılacaq
Prezident Əlişir Musayevə “Əmək” ordeni verdi
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
"Azercell" “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edildi
İlham Əliyev Yeni Suraxanıda daxili yollarının təmirinə 7,8 milyon manat ayırdı
“Şahdağ”da Azərbaycan və Rusiya gənclərinin forumu keçiriləcək
Danimarkada NATO-nun 70 illiyinə həsr edilmiş tədbir ləğv edilib
Azərbaycanla Rusiya 3 sənəd imzalayıb
Ordunun komandir heyətinin toplanışı keçirilir
Həştərxanda II Xəzər İqtisadi Forumu keçiriləcək