logo

Altıağacda 22 sm qar yağıb, Xınalıqda temperatur -18°-yə enib

10:11 23-11-2019 | icon 2310
Altıağacda 22 sm qar yağıb, Xınalıqda temperatur -18°-yə enib

Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə -6° olub.

 YeniAvropa xəbər verir  ki,  noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.

Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub. Qubada Xınalıq kəndində ən aşağı temperatur -18° qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə -15°-dək aşağı düşüb.