logo

Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının  iclası keçiriləcək

22:15 22-11-2019 | icon 301
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının  iclası keçiriləcək

Dekabr ayında Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin  bu gün Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, iclas çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanacaq.  

Rusiyalı nazir bildirib ki, cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb. Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib. Rusiya rəsmisinin fikrincə, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.

"Hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən “SOCAR Polymer” zavodu, “Həyat Farm” birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir" ,-deyə Maksim Oreşkin vurğulayıb.