logo

“Buta Airways” Bakı-Odessa aviareysini dayandırdı

21:11 22-11-2019 | icon 2562
“Buta Airways” Bakı-Odessa aviareysini dayandırdı

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya uçuşları dayandırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib. Bildirilibki, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından, uçuşlar yay mövsümünə qədər dayandırılıb.

2020-ci ilin mayından Bakı-Odessa-Bakı reysi üzrə uçuşlar bərpa ediləcək. Bakı-Xarkov-Bakı istiqamətinə isə uçuşlar qış aylarında da davam etdiriləcək.

Qeyd edək ki, mayın 16-dan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya birbaşa uçuşlara başlamışdı. Bu istiqamətə aviareyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetirilirdi. Bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edirdi.