logo

Sabiq prezident Nikola Sarkozi bu ildə ikinci dəfə Bakıya gəldi

18:31 22-11-2019 | icon 266
Sabiq prezident Nikola Sarkozi bu ildə ikinci dəfə Bakıya gəldi

Fransanın sabiq prezidenti Nikola Sarkozi Bakıda qısamüddətli səfərdə olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross özünün “Tvitter” səhifəsində paylaşım edib.

“Sarkozi bir neçə saatlıq Bakıda fəxri qonaq oldu. Prezident Sarkoziyə Azərbaycana gəlişinə görə təşəkkür edirəm”, - deyə səfir qeyd edib.

Qeyd edək N.Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.

Xatırladaq  ki, bu, Fransanın sabiq prezidentinin cari ildə Azərbaycana ikinci səfəridir. Yanvarın 15-16-da Bakıda səfərdə olan Fransanın sabiq prezidenti Nikola Sarkozi birinci vitse-prezidenti Mehriban Əliyeva və prezident İlham Əliyevlə görüşüb, Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.