logo

Şadlıq sarayından oğurluq etdi-yaxalandı

17:48 22-11-2019 | icon 2310
Şadlıq sarayından oğurluq etdi-yaxalandı

Binəqədi rayonundakı şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, rayon polis idarəsinin 7-ci polis bölməsinə müraciət edən obyektin mühafizəçisi otaqdakı seyfdən 5 min ABŞ dolları və 2020 manat məbləğində pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsi və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonunda saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.