logo

Paytaxtda yük maşını körpüdən aşdı- 2 nəfər öldü

16:59 22-11-2019 | icon 3668
Paytaxtda yük maşını körpüdən aşdı- 2 nəfər öldü

Bu gün paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb.

“Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb.

Qəza nəticəsində ölənlərin kimlikləri də bəlli olub. Onlar Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

2-2