UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkü atılıb
Noyabrın 22-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə Millətlər Liqasının pley-off mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki,“Evro2020”ə son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparırdı. Millətlər Liqasının qrup mərhələsinin nəticələrinə əsasən, komandalar pley-off üçün 4 qrupda yer alıblar. Hər qrupda yer alan 4 komanda arasında gələn il martın 26-da yarımfinal matçları keçiriləcək. Yarımfinalda uğur qazanan komandalar martın 31-də finalda üz-üzə gələcəklər və qaliblər “Euro2020”yə vəsiqəni təmin edəcəklər.
Püşk üçün A liqasında İslandiya, B liqasında Bosniya və Herseqovina, Slovakiya, İrlandiya və Şimali İrlandiya, C liqasında Şotlandiya, Norveç və Serbiya, D liqasından isə Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yer alıblar. Bolqarıstan, İsrail, Macarıstan və Rumıniyanın rəqibləri püşkdən sonra müəyyənləşib. Bu komandalar A və C liqalarında yer alıblar.
Beləliklə, püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:
A liqası:
İslandiya – Rumıniya;
Bolqarıstan – Macarıstan.
B liqası:
Bosniya və Herseqovina - Şimali İrlandiya;
Slovakiya – İrlandiya.
C liqası:
Şotlandiya – İsrail;
Norveç – Serbiya.
D liqası:
Gürcüstan – Belarus;
Şimali Makedoniya – Kosovo.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. Turnirdə 24 komanda altı qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq