logo

Sabah Bakıda yağış, bəzi bölgələrdə isə qar yağacaq

13:30 22-11-2019 | icon 2541
Sabah Bakıda yağış, bəzi bölgələrdə isə qar yağacaq

Azərbaycanda noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 2-6°, Bakıda gecə və gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 777 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 5-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-5° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.