logo

İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 15 sm-ə çatır

11:59 22-11-2019 | icon 2373
İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 15 sm-ə çatır

Noyabrın 22-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır. Qax rayonunun dağlıq ərazilərinə daha çox qar yağıb. Hazırda İlisu  və Sarıbaş kəndlərində qarın qalınlığı 15 santimetr təşkil edir.

YeniAvropa xəbər verir  ki, bu barədə Qax rayon İcra Hhakimiyyətindən bildirilib. Qeyd edilib ki, havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İlisu kəndi istiqamətində nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülür, avtomobil yolları qardan təmizlənir. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Hazırda rayonun dağlıq ərazilərinə qar yağmaqda davam edir.