logo

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

15:48 21-11-2019 | icon 2338
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

YeniAvropa xəbər verir  ki, birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın birinci vitse-prezidentinə raport verib. Mehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.