logo

Paytaxtda soyğunçuluq edən dəstə üzvlərindən üçü tutulub

14:57 21-11-2019 | icon 2478
Paytaxtda soyğunçuluq edən dəstə üzvlərindən üçü tutulub

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7 min manat pul tələb etdiklərini, “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsiyyətləri müəyyən edilmiş daha iki nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır.