logo

İsrailin Azərbaycana yeni təyin olunan səfiri Corc Dik Bakıya gəlib

11:59 21-11-2019 | icon 2163
İsrailin Azərbaycana yeni təyin olunan səfiri Corc Dik Bakıya gəlib

İsrailin Xarici İşlər Nazirliyi tərəfindən hələ ötən ilin noyabrında Azərbaycana təyin etdiyi yeni səfir Corc Dik bu gün Bakıya gəlib.

YeniAvropa xəbər verir  ki, bu barədə  İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, diplomat etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Yeni səfir bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək. Dan Stav isə  noyabrın 21-də Bakını tərk edəcək. 

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib. C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, daha sonra 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.