logo

Türkiyədə təbii qaz yatağı aşkarlandı

11:07 21-11-2019 | icon 2506
Türkiyədə təbii qaz yatağı aşkarlandı

Türkiyənin qərbində yerləşən Təkirdağ vilayətinin Muratlı rayonu ərazisində aparılan kəşfiyyat-qazma işləri başa çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 2016-ci ildən qazıntısına başlanılan ərazidə ehtiyatı 286 milyard kubmetr olan təbii qaz yatağı aşkarlanıb.

Bildirilir ki, kəşfiyyat-qazma işlərini Norveçin “Equinor” və Kanadanın “Valeura” şirkətləri həyata keçirib. İlkin hesablamaya görə, yataqda Türkiyənin 5 illik təbii qaz tələbatını ödəyə biləcək “mavi yanacaq” ehtiyatı var.