Bakıda “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək
Dekabrın 4-də Bakıda "Boulvard hotel" də “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək.
YeniAvropa xəbər verir ki, konfransın “Əşyaların interneti: müasir cəmiyyətin əsası” mövzusunda təşkili planlaşdırılır. Konfransda “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.
“Xəzər İnnovasiya Konfransı 2019”un təşkilatçıları plenar sessiyalar çərçivəsində baş tutacaq müzakirələr üçün müxtəlif dövlətlərin hökumət rəsmilərini, tənzimləyici qurumların rəhbərlərini, mobil operatorların, qlobal vendorların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq “Xəzər İnnovasiya Konfransı”nın təsis olunması təşəbbüsü ilə çıxış edib.
Bu il “Xəzər İnnovasiya Konfransı”nın “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların interneti”, “Süni intellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və sair kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.
İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə ötən il konfrans “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunub. “Xəzər İnnovasiya Konfransı 2018” tədbiri rəqəmli uçurumun azaldılması, xarici investisiyalar üçün bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sahəvi sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya toplayıb.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ