Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradıldı
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb.
YeniAvropa xəbər verir ki, beş Xəzəryanı ölkənin – Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın media mütəxəssislərinin, jurnalistika fakültələri tələbələrinin iştirak etdikləri “Xəzəryanı ölkələrin media məktəbi” adlı tədbirdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının Xəzər hövzəsi ölkələrinin həyatında mühüm addım olması və bunun özünü bir çox sahələrdə, xüsusilə də medianın inkişafında göstərdiyi vurğulanıb.
Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirdə Azərbaycanın media mütəxəssisləri beş Xəzəryanı ölkənin birgə redaksiyasının yaradılması təklifi ilə çıxış ediblər.
Rusiya prezidentinin Qrantlar Fondunun layihə rəhbəri Radmila Davıdova Xəzəryanı ölkələrin əlaqələrində, inteqrasiyasında medianın rolunu xüsusi vurğulayaraq bildirib ki, Həştərxan Rusiyanın ən fəal, güclü ekspertləri və kadrları olan regionlarından biridir. O, ümidvar olduğunu bildirib ki, media platforması Xəzəryanı ölkələrin inkişafında əhəmiyyətli işlər görəcək. Həştərxan Dumasının nümayəndəsi cəmiyyətin, sosial mühitin inkişafında mühüm rol oynayan jurnalistləri əsas əlaqələndiricilər adlandıraraq, onların Xəzəryanı ölkələrin informasiya mübadiləsinə töhfə verəcəklərini diqqətə çatdırıb.
Həştərxanın Beynəlxalq və İqtisadi Əlaqələr Nazirliyinin Analitik informasiya şöbəsinin müdiri İlya Toropiçin beynəlxalq münasibətlərin inkişafının məhz insanlar arasında münasibətlər üzərində qurulduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin dosenti Zaur Babayev isə Xəzəryanı dövlətlərin informasiya sistemlərinin vahid informasiya resurslarının təşkil olunması, ümumi Xəzəryanı redaksiyanın yaradılması təklifi ilə çıxış edib, informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrin yekununda Xəzəryanı dövlətlərin media platforması yaradılıb. Platformanın yaradılmasında məqsəd medianın ölkələrin iqtisadi, siyasi, mədəni inkişafı ilə bağlı fəaliyyətinin daha da genişləndirilməsi və şəbəkə halına gətirilməsidir.
Tədbir yeni və ənənəvi medianın fəaliyyəti, informasiya mənbələri, sosial mediada yayılan saxta məlumatların araşdırılması kimi mövzuların müzakirəsi ilə davam edib.
“Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edəcək.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub