logo

Zaqatala və Ağsudakı avtoqəzalarda ölənlər var

18:05 20-11-2019 | icon 7721
Zaqatala və Ağsudakı avtoqəzalarda ölənlər var

Noyabrın 20-də Zaqatala və Ağsu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, Zaqatala rayonunun Maqov kəndi ərazisində şəhər sakini T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Ağsu rayonu ərazisindəki Ağsu aşırımında isə Sumqayıt şəhər sakini R.Abdullayevin idarə etdiyi “İsuzu” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini - Abşeron rayon sakini Tahir Rüstəmov xəstəxanaya yerləşdirilib. T.Rüstəmov adlı şəxs xəstəxanada ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.