logo

Avropa İttifaqı Ukraynadakı islahatlara 15 milyard avro ayırıb

17:07 20-11-2019 | icon 7966
Avropa İttifaqı Ukraynadakı islahatlara 15 milyard avro ayırıb

Avropa İttifaqı 2014-cü ildən başlayaraq Ukraynaya ümumilikdə 15 milyard avro təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas deyib.

“Avropa İttifaqı 2014-cü ildən islahatlara dəstək üçün 15 milyard avro həcmində qrant və istiqraz vəsaitləri səfərbər edib. Bu, misli görünməmiş dəstək paketidir”, - deyə səfir Ukrayna hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, maliyyə dəstəyi nəqliyyat, energetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, hava nəqliyyatı sektorları da daxil olmaqla, praktiki olaraq iqtisadın bütün sahələrinə şamil edilib.

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın maliyyə naziri Oksana Markarova cari ilin sonlarına qədər Avropa İttifaqından növbəti kredit tranşı almaq imkanlarının olduğunu deyib.