logo

Vaşinqtonda“Əsrin müqaviləsi"nin 25 illiyi qeyd ediləcək

16:11 20-11-2019 | icon 252
Vaşinqtonda“Əsrin müqaviləsi"nin 25 illiyi qeyd ediləcək

Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqtonda keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Energetika Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri, enerji şirkətləri və biznes dairələrinin iştirakı gözlənilir.

Energetika naziri P.Şahbazovla yanaşı, ABŞ-ın Enerji nazirinin müavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin müavini Fransis Fannon və digər yüksək səviyyəli nümayəndələrin çıxışları nəzərdə tutulub.

Yubiley mərasimində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsindəki rolu, bu günədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, ötən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində Energetika naziri Pərviz Şahbazovun bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.