logo

Britaniyalı lotereyada 135,8 milyon dollar udub

13:27 20-11-2019 | icon 287
Britaniyalı lotereyada 135,8 milyon dollar udub

Böyük Britaniya sakini "EuroMillions" lotereyasının 135,8 milyon dollar məbləğində cek-potuna sahib olub.

YeniAvropa xəbər verir  ki, bu barədə "BBC" telekanalı Birləşmiş Krallığın milli lotereyasının nümayəndəsinə istinadla məlumat yayıb. Bu, Britaniya adalarında alınmış biletlərin sahiblərinin cari ildə artıq altıncı uduşudur.

Xatırladaq ki, oktyabrda Britaniya sakini "EuroMillions" lotereyasında krallıq tarixində rekord məbləğdə - 208 milyon dollardan çox pul udub. O, dərhal ölkənin ən varlı insanlarının "The Sunday Times qəzeti" tərəfindən tərtib edilən illik reytinqinə daxil olub. Cek-potun sahibi nəşrin 2019-cu il reytinqində müğənnilər Tom Consonu və Ed Şiranı qabaqlayıb.