Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 22 milyard 4,9 milyon kubmetr təbii qaz nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əvvəlki ilin eyni dövrünə nisbətən qaz ixracında 17,9 faiz artım müşahidə olunub.
Bildirilib ki, 10 ayda qaz nəqlinin 38,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 376,9 milyon kubmetr təbii qaz ixrac edilib.