logo

Ramil Usubov yeni vəzifədə ilk xarici səfərini Rusiyaya etdi

12:30 20-11-2019 | icon 2359
Ramil Usubov yeni vəzifədə ilk xarici səfərini Rusiyaya etdi

Noyabrın 20-də Moskvada Müstəqil Döblətlər Birliyi(MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir.

YeniAvropa xəbər verir  ki, bu barədə MDB İcrayyə Komitəsindən bildirilib. Qeyd edilib ki, iclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və digər məsələləri müzakirə edirlər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçılar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlar.

Qeyd edək ki, bu səfər Ramil Usubovun yeni vəzəfədə xarici ölkəyə ilk səfəridir. 

Xatırladaq ki, prezident İlham Əliyev iyunun 20-də Ramil Usubovun Azərbaycan Respublikasının prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.