logo

Ölkədə 10 ayda 31,2 milyon ton neft və 20 milyard m3 qaz çıxarılıb

11:51 20-11-2019 | icon 2569
Ölkədə 10 ayda 31,2 milyon ton neft və 20 milyard m3 qaz çıxarılıb

Yanvar-oktyabr aylarında Azərbaycanda 31 milyon 216,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 28 milyard 952,3 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 19 milyard 925,2 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, 10 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,8 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən sabit qalıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayısədə ölkədə neft istehsalı 3,3 faiz azalıb, qaz hasilatı isə 27,8 faiz artıb.