logo

Musson yağışlar Hindistanda 2400-dək insanın həyatına son qoyub

20:16 19-11-2019 | icon 3836
Musson yağışlar Hindistanda 2400-dək insanın həyatına son qoyub

Hindistanda bu ilin musson mövsümündə azı 2391 nəfər həlak olub, 800 mindən çox ev zədələnib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bundan başqa, mövsüm ərzində 15,7 mindən çox iribuynuzlu mal-qara tələf olub, daşqınlar, leysan yağışlar və torpaq sürüşmələri səbəbindən 6,4 milyon hektar əkin sahəsinə zərər dəyib.

Bu barədə ölkənin daxili işlər naziri Nityanand Rai parlamentin sorğusuna cavabında bildirib.

İyunun axırlarında Cənubi Asiyaya son on ilin ən güclü mussonu gəlib. Yağışlar mövsümü adəti üzrə sentyabrda başa çatmayıb və oktyabrda da davam edib. Leysan yağışlar ölkənin müxtəlif regionlarında daşqınlara, nəqliyyat əlaqəsində problemlərə, binaların dağılmasına, çoxsaylı bədbəxt hadisələrə səbəb olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunan 176 xüsusi qrup daşqın zonalarından 99 minə yaxın insanı xilas edib, 24 min nəfərə tibbi xidmət göstərib.